Ağsuda stadion qalmaqalı
- 13 Dek 2019 14:00
- 1921
Ağsunu "Region Liqası"nda təmsil edən "Ağsu City" komandası ev oyunlarını keçirmək üçün Ağsu şəhər stadionuna müraciət etsə də problemlə üzləşib.
Rekord.az xəbər verir ki stadion rəhbərliyi sözügedən arenanın I Divizionda yarışan "Ağsu" FK-a aid oluğunu bilirərək həvəskarları ora buraxmaq istəməyib.
Vəziyyəti belə görən "Ağsu City" AFFA-ya zəng vurmağa məcbur olub. Əslinsə Ağsu stadionu federasiyanın tabeliyindədir və onlar da həmin stadionda yalnız öz nəzarətlərində olan komandanın oynamasında maraqlıdır. Lakin idgər tərəfdən "Region Liqası"nı AFFA özü təşkil etdiyindən buraa yaranacaq hansısa aneqativ hal birbaşa özlərinin mənfi imicini artıracaq. Bu üzdən də "Ağsu City"ni Ağsu stadionuna buraxmağa məcbur olublar. Təbii ki bütün xərclərin qarşılamması şərti ilə.