Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə taekvondo idman növü üzrə nümunəvi çıxışlar təşkil olunub.

Rekord.az xəbər verir ki, Ağsu Şəhər 3 nömrəli tam orta məktəbin idman zalında baş tutan məşğələ isinmə hərəkətləri ilə başlayıb, məşğələyə ilk dəfə qoşulan həvəskar idmançılara taekvondo idman növü ilə bağlı nəzəri-praktiki biliklər verilib.

Tədbirin keçirilməsində məqsəd rayonda taekvondo idman növünə marağın artırılması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği olub.