Ağsu şəhər 4 saylı tam orta məktəbdə "İdman hamı üçün" layihəsi çərçivəsində "Voleybol hamı üçün" devizi altında məşğələ keçirilmişdir.

Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin voleybol idman növünə marağının artırılması, asudə vaxtın səmərəli təşkili və sağlam həyat tərzinin təbliği olmuşdur.