Ağsu şəhər 4 nömrəli tam orta məktəbdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol idman növü üzrə rayon turniri keçirildi. 

Rekord.az xəbər verir ki, yarışın açılış mərasimində ilk öncə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra iştirakçılara turnirin qaydaları izah olundu.  Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif edildi.