Ağsu şəhər 4 saylı tam orta məktəbdə "Heydər Əliyev İli"nə həsr olunmuş məktəbli qızlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, birincilikdə 8 komanda mübarizə aparıb.

I yerə Pirhəsənli kənd tam orta məktəbin, II yerə Aslan Nadirov adına 1 nömrəli məktəb - liseyin, III yerlərə isə şəhər 4 saylı tam orta və şəhər 3 saylı tam orta məktəblərinin komandaları layiq görülüb.