Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Ağsu rayon UGİŞM - də "26 Fevral - Xocalı Soyqırımı" ilə əlaqədar məktəblilər arasında şahmat idman növü üzrə xatirə turniri keçirilmişdi.

Rekord.az xəbər verir ki, turnirin əvvəlində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra yarış iştirakçılarına turnirin qaydaları izah olundu. İki yaş qrupunda keçirilən turnirdə ümumilikdə 40 məktəbli iştirak etmişdir.

Turnirin təşkilində məqsəd "Xocalı Soyqırımı" qurbanlarının xatirəsinin yad edilməsi, şahmat idman növünə marağın artırılması və istedadlı şahmatçıların üzə çıxarılması olmuşdur.