"Ağsu Siti" müxtəlif bəhanələrlə bir neçə ay öncə ev oyunlarını keçirdiyi Ağsu şəhər stadionundan uzaqlaşdırıldı. Beləliklə, Region Liqasının Mərkəz zonasının lideri arenasız qaldı.

Lakin Rekord.az xəbər verir ki, qısa zamanda həm qonşu rayonların, həm də Ağsunun özündəki orta məktəblər öz meydançalarını təklif edərək, komandaya dəstək göstərdi.

"Ağsu Siti" bundan sonra Ağsu şəhər 5 saylı tam orta məktəbin stadionunda ev oyunlarını qəbul edəcək.

İstifadəyə yararsız vəziyyətdə olan idman qurğusunda bir neçə iş adamının dəstəyi ilə təmir və tikinti işlərinə start verilib. Meydançaya tonlarla torpaq tökülüb və sahənin səthi düzləşdirilib.

Təbii ot örtüyü əkilib və digər zəruri işlər görülüb. Artıq stadionda son tamamlanma işləri aparılır.