Bildiyiniz kimi, adı oyun alqı-satqısında hallanan “Ağsu” komandası keçən ildən fəaliyyətini dayandırdı. Bu komandaya mövcud olduğu dönəmdə “Az Qranat” şirkəti sponsorluq edirdi. Hansı ki, bu şirkətin SOCAR-ın rəhbər şəxslərindən birinə məxsus olduğu deyilirdi.

Rekord.az-a daxil olan məlumata görə, AFFA növbəti ildən sözügedən şirkəti “Şamaxı”ya yönləndirmək istəyir.

Məlum olduğu kimi, federasiya hazırda Şamaxı təmsilçisinə xüsusi diqqət göstərir, bu komanda üçün stadion tikir. Rayonun icra hakimiyyəti ilə də münasibətlər istidir.