AHF rəsmisi Avropa Kubokunun oyununa təyinat alıb
- 17:40
- 27
Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim-nümayəndə İsgəndər Əsgərov EHF Avropa Kubokunun 3-cü mərhələsinin oyununa təyinat alıb.
Rekord.az xəbər verir ki, o, Türkiyənin “Üsküdar Bələdiyyə Spor Klubu” və Portuqaliyanın “Madeyra Andebol” komandaları arasında keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qarşılaşma noyabrın 9-da İstanbulun Camlıca İdman Məktəbinin arenasında baş tutacaq.