Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis kişi həndbolçular arasında AÇ-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.


Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək.