“Sumqayıt” Əmir Ağayevə olan son ümidlərini də üzmək üzrədir. Baxmayaraq ki, Ağayevin hələ də özünə yeni klub tapa bilməməsi sumqayıtlıları ümidləndirmişdi.

Lakin Rekord.az-a daxil olan məlumata görə, ailəsi Əmirin Azərbaycana qayıtmasını istəmir.

Daha doğrusu, ailəsi bildirib ki, Azərbaycanda yaşamaq onlar üçün rahat deyil və bir də Bakıya qayıtmaq niyyətində deyillər. Belə olan halda çətin ki, Əmir təkbaşına “Sumqayıt”a qayıtsın. Özü də hazırkı maliyyə şərtləri altında.