Mövsüm başa çatdıqdan sonra “Qarabağ”dan ayrılan Ailton Silva hələ də özünə yeni klub tapa bilmir. O, müqavilə ilə "Ştutqart"a məxsusdur. Lakin alman klubu braziliyalının xidmətində maraqlı deyil və onu satmaq istəyir. Lakin transfer qiyməti yüksək olduğu üçün heç bir klub Ailtona yaxın durmur. Elə "Qarabağ" da yüksək transfer haqqı səbəbindən transferdən imtina etmişdi.

Lakin Rekord.az-a daxil olan məlumata görə, müdafiəçinin yenidən Ağdam klubuna qayıtmaq şansı yaranıb.

Belə ki, "Ştutqart" sentyabrın 15-ə kimi Ailtona müştəri tapmasa onunla müqaviləni qarşılıqlı razılıq əsasında pozub azad agent statusu verə bilər. Məhz bu məqamdan istifadə edən "Qarabağ" müdafiəçini geri qaytara bilər. Əldə etdiyimiz məlumata görə, Ailton özü də ağdam klubuna qayıtmağın əlehinə deyil.