"Sumqayıt" Premyer Liqada yeganə komandadır ki, avtobusu yoxdur. Oyunlara gedəndə ya 300 manata avtobus kirayələyirlər, ya da akademiyanın kiçik tutumlu avtobusundan istifadə edirlər.

 

Rekord.az xəbər verir ki, əsas komandadan başqa "Sumqayıt"ın futbol akaemiyası bahalı avtobusa sahibdir.

 

Belə ki, rəhbərlik əsas komandadan fərqli olaraq, uşaq komandaları üçün dəyəri 360 min manat civarında olan avtobus alıb.