“Qalatasaray”ın zədəli futbolçusu Emre Akbabanın durumuna aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ən azı 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Super Liqada ötən mövsümün son turu çərçivəsində baş tutan “Antalyaspor”la oyunda zədələnən futbolçunun oktyabrın ortalarında yaşıl meydanlara qayıtması gözlənilir. Yarımmüdafiəçi Super Liqada yeni mövsümün ilk 3 turunu və Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyununu da buraxmalı olacaq.

2018-ci ilin avqustunda “Qalatasaray”a keçən Akbaba, son mövsümdə Super Liqada 17 oyunda iştirak edib.

“Qalatasaray” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.