Mövsümün sonunda “Bavariya”dan ayrılacağını açıqlayan David Alaba “Real”a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Almaniya mətbuatına açıqlamasında deyib: “Əlbəttə, mən də bəzi şeylər eşidirəm. Ancaq səhərlər durub qəzet oxuyan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, Avstriya millisinin üzvü 2010-cu ildən “Bavariya”da çıxış edir. Onunla "Barselona" da maraqlanır.