“Bavariya”nın futbolçusu David Alabanın atası oğlunun durumu ilə bağlı danışıb.

Rekord.az xəbər verir ki, ata Alaba oğlunun müqaviləsi ətrafında yaranan söz-söhbətə də münasibət bildirib.

O, belə xəbərlərin onları narahat etdiyini bildirib: “Oğlum həddindən artıq kədərli və məyusdur. İctimai məkanda onunla bağlı həddindən artıq yalan xəbərlər yayılır. Bundan sonra nələr olacağını isə bilmirəm”.

Alabanın qüvvədə olan müqaviləsi gələn ilin yayında başa çatır. Məlumata görə, o, bir neçə dəfə yeni müqavilə təklifindən imtina edib.

Klub rəhbərliyi isə bildirib ki, avstriyalı ilə yeni müqavilə bağlamaq üçün bir daha cəhd edəcəklər.