Albaniyanın "Eqnatiya" klubu Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Təcrübəli oyunçunun iyulun 6-dan yeni komandası ilə məşqlərə qatılacağı bildirilib.

Xatırladaq ki, Vüsal İsgəndərlinin son klubu "Sumqayıt" olub.