Aleks məşqçiliyə başladı
- 03 Apr 2021 11:41
- 578
Futbol üzrə Braziliya yığmasının və “Fənərbaxça”nın sabiq yarımmüdafiəçisi Aleks de Souza məşqçiliyə başlayıb.
Rekord.az xəbər verir ki, bu barədə o, “Tvitter” səhifəsində məlumat paylaşıb.
43 yaşlı braziliyalı, ölkəsinin “San-Paulo” klubu ilə müqavilə imzalayıb. Aleks klubun U-20 komandasının baş məşqçisi təyin olunub.
Qeyd edək ki, 2004-12-ci illər aralığında “Fənərbaxça”da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, Türkiyə klubunda keçirdiyi 9 mövsüm ərzində 344 oyuna çıxıb, 171 qola imza atıb, 147 məhsuldar ötürmə edib.