"Turan Tovuz"un yeni transferi Aleks Souza "Qəbələ" ilə oyundan sonra Rekord.az-a müsahibə verib:

 

 

- "Turan Tovuz"un heyətində ikinci qolunu vurdun. Öncə oyun və qolla bağlı təəssüratlarını alaq...

- Yolumuza davam etməli, addım-addım irəli getməliyik. Gözəl qələbə və vacib 3 xal qazandıq. Bunun ardını gətirməliyik. Allaha da şükürlər olsun ki, qol vurmaq şansını mənə verdi.

- Növbəti turda "Sumqayıt"la səfər oyununuz var. Həmin oyundan gözləntin nədir?

- Təbii ki, qələbə üçün oynayacayıq və həmin oyuna ciddi hazırlaşmalıyıq.

- "Qələbə" üzərindəki qələbədən sonra ilk "üçlüy"ə də yaxınlaşmış oldunuz. Avrokubok şansınızı necə dəyərləndirərdin?

- Əvvəla çox şadam ki, ilk "üçlüy"ə yaxınlaşa bilmişik. Çalışıb bunun davamını gətirməliyik. Biz bir ailə kimi olanda bütün maneələrin öhdəsindən gələ bilirik. Bu mənada bizə bu ailə ortamını yaradan azarkeşlərə, xüsisilə "Ultra Turan"a öz təşəkkürümüzü bildiririk.

- Süni ot örtüyündə oynamaq oyununa nə dərəcədə mənfi təsir göstərir?

- Əlbəttə ki, təsir edir və çox istərdim ki, bizim oyunlarımız da təbii meydançada keçirilsin. Amma indi halda süni örtükdə oynadığımız üçün oyundan öncə süni örtükdə məşq edirik ki, bu örtüyə öyrəşə bilək.