Aleksandr Jidkov geri dönmək haqda düşünmür
- 23 Okt 2023 14:00
- 1519
Azərbaycan millisinin sabiq qapıçısı, bu yaxınlarda "İrəvan"da qapıçı-məşqçi kimi işə başlayan Aleksandr Jidkov Rusiyaya geri dönüb.
Rekord.az xəbər verir ki, buna səbəb komandada yaşanan maddi problem və vəd olunan maaşların ödənməməsidir.
Saytımıza daxil olan məlumata görə, veteran qapıçı Bakını birdəfəlik tərk edib. Hətta ona geri dönmək təklif olunsa belə, dönmək niyyətində deyil. Vəd oluna pul verilsə belə. İş ondadır ki, Bakıda olduğu müddətdə Jİdkov "İrəvan" rəhbərliyinin ciddi insanlar olmadığını fərq edib və onu kluba dəvət edən Nazim Süleymanova getmək niyyətini bildirib. Eyni zamabda bildirib ki, vəziyyət düzəlsə belə, geri qayıtmayacaq. Çünki klub rəhbərliyi ondan qeyri-ciddi təəssürat yaradıb və belə rəhbərliklə hansısa uğur qazanılacağına ona ümid yoxdur.