“Mövsümün başlaması haqqında hələ ki, rəsmi məlumat yoxdur. Hər şey dəqiqləşəndən sonra Azərbaycana qayıdacam”.

Rekord.az xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksey İsayev deyib.

Hazırda Rusiyada olan futbolçu Premyer Liqanın startı rəsmiləşəndən sonra ölkəyə qayıdacağını açıqlayıb. İsayev çarter reysi ilə qayıdıb-qayıtmayacağı ilə bağlı da danışıb:

“Düşünürəm ki, qayıtmaq üçün bir imkan yaranacaq. Hər halda bütün məsələləri klub rəhbərliyi ilə müzakirə edəcəyik. Birlikdə necə gələcəyimlə bağlı qərar olacaq”.

Millimizdən imtina edən yarımmüdafiəçi Rusiyanın “Ural” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bunu ilk dəfə sizdən eşidirəm. “Ural"dan təklif almamışam”.