Aleksey İsayevə milli haqqında danışmağı Riad Rəfiyev qadağan edib?
- 10 Fev 2020 12:00
- 908
"Zirə" ilə oyundan sonra jurnalistlərə açıqlama verən "Sumqayıt"ın futbolçusu Aleksey İsayev milli ilə bağlı verilən sualdan yayınıb. Səbəbini də belə izah edib ki ondan bu haqda danışmamaq xahiş olunub.
Rekord.az-ın əldə etdiyi məlumata görə isə İsayevdən bu xahiş yox tələb olunub.
Deyilənə görə bu tələbi də "Sumqayıt"ın prezidenti Riad Rəfiyev qoyub. İş ondadır ki İsayev bir dəfə milliyə dəvət alıb. Hətta rəsmi oyunlara da çağırılıb və meydançaya çıxmaq imkanı da olub. Lakin ayağına zədə olduğunu bəhanə gətirərək meydançaya çıxmaqdan imtina edib ki bu da həm milli rəhbərliyinin həm də Rəfiyevin xoşuna gəlməyib. Ona görə Azərbaycana ikinci dönüşündən sonra yenidən millidə oynamaqla bağlı Rəfiyevə eyham atanda klub prezidenti hazırda bunun mümkün olmadığını deyib və futbolçuya da bu haqda danışmağı qadağan edib.