Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Rekord.az xəbər verir ki, 30 yaşlı idmançımız Gürcüstanın Batumi şəhərində təşkil olunan “Grand Bellagio Championship-2”də iştirak edib.

Nəbiyev reytinq xarakterli döyüşdə Uqanda təmsilçisi Umar Semata ilə qarşılaşıb. Yeddiqat dünya və üçqat Avropa çempionu olan idmançımız bu qarşılaşmada qalib gəlib. Bu, Alimin peşəkarlar arasında 64-cü döyüşdə 56-cı qələbəsi olub.