Macarıstan çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Şəfaqət Alışanova növbəti görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın şərəfini qoruduğu "Jaszbereny" 10-cu turda "Haladas" ilə üz-üzə gəlib.

Rəqib meydanında keçirilən matça Şəfaqət və rəfiqələri pis başlayıblar. İlk setdə uduzan "Jaszbereny" sonradan təşəbbüsə yiyələnib və ardıcıl üç seti aktivinə yazdırıb. 4 hissə davam edən oyunda voleybolçumuzun komandası 3:1 (20:25, 25:17, 31:29, 25:16)  hesablı qələbə qazanıb.

Komandasının aktivinə 3 xal yazdırdığı qarşılaşmada yığmamızın üzvü 8 dəfə fərqlənib. Alışanova bu xallardan 4-nü hücumda, 3-nü blokda, 1-ni isə eyslə qazanıb.