Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Şəfaqət Alışanova Macarıstan çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın şərəfini qoruduğu "Jazsbereny" 9-cu turda "UTE" ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Şəfaqət və rəfiqələri doğma meydanda keçirilən matçda quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (20:25, 13:25, 16:25).

Komandasının xalsız qaldığı oyunda Alışanova 1 dəfə fərqlənib. Oyunqurucumuz bu xalı hücumda qazanıb.