“Barselona”nın sabiq futbolçusu Tiaqo Alkantara klubun məşqçilər heyətini tərk edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Alkantara Hans-Diter Flikin məşqçilər heyətində cəmi bir ay işləyib. Onun təyinatı iyulun 17-də elan edilmişdi.

Alkantaranın əsas komandanın məşqçilər heyətindəki yerini indiyədək “Barselona”nın U-16 komandasının çalışdırıcısı olmuş Arnau Blanko tutacaq.

Daha əvvəl bildirilmişdi ki, Alkantara uzun müddət ərzində Flikin yanında köməkçi kimi qalmağı planlaşdırmır. Almaniyalı mütəxəssis ispan dilini öyrənən kimi Alkantara “Barselona”nı tərk edəcək.

İspaniya millisinin sabiq yarımmüdafiəçisi olan Alkantara 2024-cü il iyulun 8-də futbolçu karyerasını başa vurduğunu elan edib. Onun son klubu İngiltərə “Liverpul”u olub və o, 2013-2020-ci illərdə “Bayern”də də çıxış edib.