"Bavariya"nın futbolçusu Tiaqo Alkantara Münhen  təmsilçisindən ayrıla bilər.

Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi klub rəhbərliyinə ayrılmaq istədiyini söyləyib və yeni müqavilə imzalamaqdan imtina edib.

Ancaq klubun baş məşqçisi Hansi Flikin onu komandada saxlamağa inandırmağa çalışdığı vurğulanıb.

Qeyd edək ki, Alkantaranın "Bavariya" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.