![photo](https://www.rekord.az/storage/uploads/4/alkantra-1.jpg)
Alkantra "Real"la püşkü dəyərləndirdi
- 25 Mar 2021 14:21
- 529
“Liverpul”un futbolçusu Tyaqo Alkantara açıqlama verib.
Rekord.az xəbər verir ki, AS nəşrinə danışan ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a rəqib olmaları haqda bunları deyib:
“Bu turnirdə qələbə qazanmaq hər zaman çətindir. Çempionlar Liqasını qazanmaq ilin ən diqqət çəkən hadisəsi olur.
Hazırda turnirin 1/4 final mərhələsindəyik və bütün oyunları qazanmaq, finala qədər getmək istəyirik. “Real”a rəqib olmağımız gözəldir. Yaxşı püşkdür, fantastik komanda ilə oynayacağıq və rəqibə hörmətlə yanaşırıq”.