“Allaha şükür edirəm” - Mariya Stadnik
- 12 May 2024 15:45
- 245
Azərbaycanın ötən gün Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan qadın güləşçisi Mariya Stadnik bu uğuru barədə təəssüratlarını bölüşüb.
Rekord.az xəbər verir ki, 35 yaşlı idmançı çox sevincli olduğunu deyib:
"Hisslərim izaholunmazdır. 5-ci dəfə Olimpiadaya vəsiqə qazanmaqla qadın güləşində ilkə imza atdım. Bu uğura gedən yol çətin olsa da, bunu bacardım. Buna görə Allaha şükür edirəm. Olimpiada ilə bağlı indi danışmaq istəmirəm. Yaşayıb görərik".
Qeyd edək ki, M.Stadnik karyerası ərzində 5-ci dəfə Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu isə qadın güləşi tarixində ilkdir.