“Yuventus”un sabiq çalışdırıcısı Massimilano Alleqri PSJ-nin baş məşqçisi Tomas Tuhelinn yerinə əsas namizəd hesab edilir.

Rekord.az xəbər verir ki, paytaxt klubunun idman direktoru Leanardo hər an 53 yaşlı mütəxəssisə müqavilə təklif edə bilər.

İtaliyalı çalışdırıcı ilə "İnter" də yaxından maraqlansa da, maddi problemlərə görə rəhbərlik onu komandanın baş məşqçisi vəzifəsinə gətirmək fürsəti tapmır.

Tuhelin isə PSJ ilə müqaviləyə xitam verəcəyi və gələn yay klubdan ayrılacağı gözlənilir.

Alleqri “Yuventus”dan bu ilin yayında ayrılıb.