Alleqri "Yuventus"un prezidenti ilə görüşdü
- 06 Apr 2021 14:22
- 621
"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri klub prezidenti Andrea Anyelli ilə görüşüb.
Rekord.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Görüşün təfərrüatları barədə məlumar verilməyib.
Nəşr yazıb ki, Turin təmsilçisi hazırkı baş məşqşisi Andrea Pirlonun gələcəyinə növbəti matçların nəticələrinə görə qərar verəcək.
Xəbərdə Alleqrinin "Yuventus"a qayıtmaqdan məmnun olacağını vurğulanıb. Lakin rəhbərlik baş məşqçi dəyişikliyinin mövsüm başa çatmamışdan əvvəl edilməsini istəmir.
Qeyd edək ki, Alleqri 2014-2019-cu illərdə Turin klubunu çalışdırıb.