"Yuventus"un baş məşqçisi Masimiliano Alleqri Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, portuqaliyalı hücumçunun Turin təmsilçisində qalacağını deyib.

"Kriştiano yaxşı məşq edir və yaxşı formadadır. Məşqdə mənə klubda qalacağını söylədi. Ayrılıq olmayacaq. Mən də ona dincəlməsi üçün icazə verdim.

"Udineze" matçında oynamağa hazırdır. Bütün futbolçuları və vurduğu qollarla komandaya kömək edən Ronaldonu qorumalıyam" -deyə Alleqri ayrılıq xəbərlərini təkzib edib.

Ronaldonun adı PSJ, "Mançester Siti" və "Real"la hallanırdı.