Alman atıcı Bakıdakı DÇ-də qızıl medal qazandı
- 20 Avq 2023 17:45
- 307
Bakıda keçirilən dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açmada Almaniya təmsilçisi Doren Vennekamp qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançı 40 xal toplarayaq, bu uğura imza atıb.
Ukrayna yığması isə mundialda ilk medalını əldə edib. Belə ki, Olena Kosteviç 31 xalla komandasına gümüş medal qazandırıb. 25 xalla bürünc mükafata yiyələnən Aqate Rasmane də Latviyanın aktivinə ilk medalı yazdırıb.
Yarışda finala yüksələn Latviya, Tailand, Cənubi Koreya və Çin Taypeyi üzvləri Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən geniş idman tədbiridir. Tədbirdə dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.