
Alman futbolçu ÇL-də yeni uğurlara imza atdı
- 19 Fev 2025 14:45
- 76
Şotlandiyanın "Seltik" klubunun futbolçusu Nikolas Kyun UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.
Rekord.az xəbər verir ki, 25 yaşlı vinger buna Almaniyada "Bayern" ilə heç-heçə (1:1) etdikləri pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.
O, qitənin bir nömrəli klub turnirində ilk üç qolunu Bundesliqa təmsilçilərinə vuran ilk alman oyunçu kimi tarixə düşüb.
Daha əvvəl bunu avrokuboklarda Lotar Matteus (1980-1981-ci il, UEFA Kuboku) və Volfqanq Funkel (1985-1986-cı il, Kuboklar Kuboku) bacarıb.
Bundan əlavə, Nikolas Kyun 2014-cü ildə "Arsenal"da çıxış etmiş Lukas Podolskidən sonra ÇL-in pley-offunda "Bayern"in qapısına yol tapan ilk almandır.