Almaniya hökumətinin qərarı "Leyptsiq"i ÇL-siz qoya bilər
- 04 Fev 2021 14:45
- 598
"Leyptsiq" rəhbərliyi Çempionlar Liqasının 1/8 finalında "Liverpul" ilə 16 fevralda nəzərdə tutulan ev oyununu keçirmək üçün variantlar üzərində çalışır.
Rekord.az xəbər verir ki, "öküzlər" Saksoniya Federal Vilayətinin rəhbərliyinə sorğu göndəriblər. Müraciətdə "Liverpul"un Almaniyaya gəlişinə xüsusi icazə istənilib.
Hərçənd Almaniya hökuməti Böyük Britaniyada koronavirusun yeni ştammının yayılması ilə əlaqədar fevralın 17-dək krallıqla hava əlaqələrini kəsib.
Ölkə rəhbərliyi güzəşt etməsə, "Leyptsiq" fevralın 8-də gecəyarıyadək bu barədə UEFA-nı məlumatlandırmalı və hər iki komandanın üz-üzə gələ biləcəyi neytral ölkənin stadionunu təklif etməlidir. Neytral stadion tapılmasa, "öküzlər" 0:3 hesablı texniki məğlubiyyətlə cəzalanacaqlar.