Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, mövsümün açılış matçında Latviya Andorranı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

İlk oyun gününün maraqla gözlənilən qarşılaşmasında A Liqasının 4-cü qrupunda yer alan Almaniya yığması ilə İspaniya üz-üzə gəlib. Almanlar bu görüşdən əlavə vaxtında qələbəni əldən veriblər.

B Liqasında mübarizə Türkiyə yığması da ilk oyununu bu gün keçirib. Şenol Günəşin rəhbərlik etdiyi komanda Macarıstanla qarşılaşıb və doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşib.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.

C Liqasının 1-ci qurupunda yer alan Azərbaycan yığması sentyabrın 5-də mübarizəyə başlayacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda Lüksemburq yığmasıyla Bakıda qarşılaşacaq.

UEFA Millətlər Liqası
2020/221 mövsümü, 1-ci tur

3 sentyabr

D Liqası, 1-ci qrup

Latviya – Andorra 0:0

Farer adaları – Malta 3:2
Qol: K.Olsen, 25. A.Olsen, 87. B.Olsen, 90 – Deqabriele, 37. Aqius, 73.

A Liqası, 4-cü qrup

Almaniya – İspaniya 1:1
Qol: Verner, 51 – Qaya, 90+6.

Ukrayna – İsveçrə 2:1
Qol: Yarmolenko, 14. Zinçenko, 68 – Seferoviç, 41.

B Liqası, 4-cü qrup

Bolqarıstan – İrlandiya 1:1
Qol: Krayev, 56 – Daffi, 90+3.

Finlandiya – Uels 0:1
Qol: Mur, 80.

B Liqası, 3-cü qrup

Rusiya – Serbiya 3:1
Qol: Dzyuba, 48; 81. Karavayev, 69 – Mitroviç, 78.

Türkiyə – Macarıstan 0:1
Qol: Soboslay, 80.

C Liqası, 3-cü qrup

Moldova – Kosovo 1:1
Qol: Nikolaesku, 20 – Kololli, 71.

Sloveniya – Yunanıstan 0:0