Almaniya klubunda koronavirus şoku
- 02 May 2020 11:30
- 739
Almaniyanın “Köln” klubunda koronavirusa 3 yoluxma halı qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Məlumata görə, bu, məşqçilər heyəti və futbolçuların testdən keçməsindən sonra müəyyənləşib. Yoxlamalarının nəticəsi müsbət çıxan şəxslər iki həftəlik ev karantininə yerləşdiriliblər. Onlarda xəstəlik simptomlarının olmadığı da vurğulanıb.
Qeyd edək ki, "Köln" koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış Bundesliqanın cari mövsümündə 25 oyuna topladığı 32 xalla 10-cu pillədə qərarlaşıb. Almaniya çempionatının mayın 9-da bərpası planlaşdırılır. Yekun qərarın mayın 6-da açıqlanması nəzərdə tutulub.