Almaniya klubunda yeni müqavilə
- 10 Fev 2020 14:20
- 822
"Union Berlin” isveçli hücumçusu Sebastyan Anderssonla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu klubla müddəti bu ilin yayında bitəcək müqaviləsini 2022-ci ilin yayına qədər yeniləyib.
Andersson bu mövsüm Berlin klubunda 22 oyuna çıxıb, 9 qola və 2 məhsuldar ötürməyə imza atıb. O, bu komandada bütövlükdə 60 oyun keçirib 22 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Hücumçu İsveç millisində 9 oyuna 3 qol vurub.