Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Almaniya - Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundestimin heyətində İlkay Gündoğan qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

33 yaşlı yarımmüdafiəçi Macarıstanla matçda komandasının ikinci qolunun müəllifi olub.