Almaniyanın futbol millisinin baş məşçqisi Yulian Naqelsmannla müqavilə müddəti uzadılıb.


Rekord.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.


Mütəxəssislə 2028-ci ilə qədər müqavilə imzalanıb. 37 yaşlı məşqçi 2023-cü ilin sentyabrından komandanı çalışdırmağa başlayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.


Almaniya yığması Y.Naqelsmannın rəhbərliyi altında AÇ-2024-ün 1/4 finalına qədər irəliləyib və burada İspaniyaya məğlub olub - 1:2.