![photo](https://www.rekord.az/storage/uploads/4/flik-2.jpg)
Almaniya millisinin baş məşqçisi olmaq ehtimalı haqda
- 13 Mar 2021 15:22
- 581
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik Almaniya millisini çalışdıracağı ilə bağlı yayılan xəbərləri şərh edib.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Bu, çox vacib bir mövzudur. Xüsusilə, Lövün köməkçisi olaraq millidə uzun və müvəffəqiyyətli bir vaxt keçirdim. O, çox gözəl insandır. Tamamilə etibarlı iş görür.
"Bavariya" ilə 2023-cü ilin yayına qədər müqaviləm var. Burada uğurlu olmaq və titul qazanmaq istəyirəm. Gələcəyim barədə düşünməyə vaxt yoxdur".
Qeyd edək ki, Flik 2006-2014-cü illərdə Almaniya millisinin məşqçilər heyətində yer alıb. O, 2019-cu ilin noyabrından Münhen təmsilçisini çalışdırır.