Almaniya millisinin sabiq ulduzu baş məşqçi olur
- 19 May 2021 13:15
- 691
"Bavariya"da köməkçi məşqçi kimi çalışan Miroslav Kloze özünü baş məşqçi kimi sınamaq istəyir.
Rekord.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Keçmiş hücumçunun 2-ci Bundesliqa təmsilçisi "Fortuna"nı çalışdıracağı bildirilir.
Klozenin "Verder"də oynadığı vaxt orada çalışan, hazırda isə "Fortuna"nın idman direktoru olan Klaus Allofsun ona dəvət göndərdiyi qeyd olunub.
Xatırladaq ki, Almaniya millisinin sabiq üzvü 16 qolla dünya çempionatlarının ən yaxşı bombardiridir.