Almaniya millisinin sabiq üzvü klub prezidenti oldu
- 30 Mar 2020 15:22
- 659
2008-15-ci illərdə Almaniya millisinin futbolçusu olmuş Marsel Yansen “Hamburq”un rəhbərliyinə gətirilib.
Rekord.az “Kicker”ə istinadən yazır ki, o, klubun İdarə Heyətinin sədri vəzifəsində Bernd Hoffmanı əvəzləyib. Hoffmanın göndərilməsinə onun idarə heyətinin digər üzvləri ilə aralarında fikir ayrılığı səbəb olub.
Qeyd edək ki, hazırda Almaniya ikinci bundesliqasında oynayır.
Xatırladaq ki, Yansen 2015-ci ildə karyerasını başa vurub.