Almaniya yığmasının üzvlərini aparan təyyarədə həyəcanlı anlar yaşanıb.

Rekord.az xəbər verir ki, onlar İslandiya ilə qarşılaşmadan (0:4) sonra Reykyavikdən Frankfurta uçub.

Uçuşun ilk anları normal keçib.

Amma Şotlandiyanın Arbort şəhəri üzərində bortda həyəcan siqnalı işə düşüb. Belə olan təqdirdə, pilotlar Edinburq aeroportuna qəza enişi etməli olublar.