İngiltərənin “Lids” klubu növbəti transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Frayburq”dan Robin Koxu heyətinə qatıb.

Bu barədə “Lids”in rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

“Lids” Kox üçün “Frayburq”a 13 milyon avro ödəyib. Yarımmüdafiəçi Almaniya milli komandasına da dəvət alır.

“Lids” bundan əvvəl “Valensiya”dan Rodriqo Morenonu transfer etmişdi.