Almaniya super kubokunun sahibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici matçda "Bayer" və "Ştutqart" üz-üzə gəlib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Leverkuzen təmsilçisi (4:3) turnirin qalibi olub.

Beləliklə, komanda Xabi Alonsonun rəhbərliyi altında Bundesliqa və Almaniya kubokundan sonra üçüncü kubokunu qazanıb.