Almaniya və İspaniyadan çətin qələbə
- 11 Okt 2020 00:41
- 696
Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, birinci dövrənin son turu çərçivəsində 4 qrup üzrə 7 oyun baş tutub.
İddialıların yer aldığı A liqasında Ukrayna Almaniyanı, İspaniya isə İsveçrəni qəbul edib. Hər iki oyunda favoritlər – Almaniya və İspaniya çətin qələbəyə sevinib.
Azərbaycan millisi C liqasında Monteneqronun qonağı olub və məğlubiyyətlə üzləşib. Eyni qrupun digər matçında Lüksemburqla Kipr görüşüb. Bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olub.
Zəiflərin yer aldığı D liqasında hər iki qrupun matçları oynanılıb. Farer adaları Latviya, Andorra Malta ilə ev görüşündə qüvvəsini sınayıb. Bu oyunlarda qalib müəyyənləşməyib. Lixtenşteyn isə Cəbəllütariqi qonaq edib və minimal hesabla uduzub.
UEFA Millətlər Liqası
3-cü tur
10 oktyabr
A liqası, 4-cü qrup
Ukrayna – Almaniya 1:2
Qol: Malinovski, 77 – Ginter, 20. Qoretska, 49.
İspaniya – İsveçrə 1:0
Qol: Oyarzabal, 14.
- İspaniya – 7
- Almaniya – 5
- Ukrayna – 3
- İsveçrə – 1
C liqası, 1-ci qrup
Lüksemburq – Kipr 2:0
Qol: Sinani, 12; 26.
Monteneqro – Azərbaycan 2:0
Qol: Yovetiç, 9. İvanoviç, 71.
- Monteneqro – 9
- Lüksemburq – 6
- Azərbaycan – 3
- Kipr – 0
D liqası, 1-ci qrup
Farer adaları – Latviya 1:1
Qol: Faero, 28 – İkaunieks, 25.
Andorra – Malta 0:0
- Farer adaları – 7
- Latviya – 3
- Malta – 2
- Andorra – 2
D liqası, 2-ci qrup
Lixtenşteyn – Cəbəllütariq 0:1
Qol: De Barr, 10.
- Cəbəllütariq – 6
- Lixtenşteyn – 3
- San Marino – 0