Futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Rekord.az xəbər verir ki, Dortmundun "Siqnal İduna Park" stadionunda reallaşan matçda meydan sahibləri qələbə qazanıb.

1/4 finala yüksələn Almaniyanın rəqibi İspaniya - Gürcüstan cütünün qalibi olacaq.

Daha öncə İsveçrə yığması da 1/4 finala yüksəlmişdi.

AÇ-2024
1/8 final

29 iyun

Almaniya – Danimarka 2:0
Qollar: Kay Haverts, 53-pen. Camal Musiala, 68.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Dortmund. “Siqnal İduna Park”.