Almaniya yığmasının sabiq üzvü koronavirusdan sağaldığını açıqladı
- 29 Apr 2020 12:41
- 653
Futbol üzrə Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann koronavirusa yoluxduğunu bəyan edib.
Rekord.az xəbər verir ki, o, bu barədə “Bild”ə açıqlamasında məlumat verib.
Hazırda 50 yaşlı olan sabiq qolkiper bildirib ki, sözügedən pandemiyaya martın ortalarında yoluxub. Özünü iki həftəlik karantinə alan qolkiper koronavirusu adi qrip xəstəliyindən də yüngül keçirdiyini söyləyib. O, bir neçə gün temperaturunun yüksək olduğunu və öskürəkdən əziyyət çəkdiyini bildirib.
Qeyd edək ki, Almaniya yığmasında 60-dan çox oyun keçirmiş Lemann, karyerası ərzində “Şalke”, “Milan”, “Borussiya” (Dortmund), “Arsenal” (London) və “Ştutqart” klublarının şərəfini qoruyub.