Almaniya yığmasının üzvü karyerasını başa vurdu
- 25 Yan 2024 16:30
- 275
Almaniya millisinin və Dortmund "Borussiya"sının sabiq futbolçusu Erik Durm karyerasını başa vurub.
Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü məlumat verib.
O, zədələr və səhhətindəki problemlər səbəbindən bu addımı atdığını bildirib.
Erik 2022-ci ildən etibarən karyerasında son klubu olan “Kayzerslautern”də çıxış edib. O, Dortmund “Borussiya”asında, “Haddersfild”də, “Ayntraxt”da da forma geyinib. Müdafiəçi Almaniya millisinin heyətində 7 oyun keçirib.